“HPE” şirkəti dünyada ən güclü superkompüter yaradacaq

“HPE” şirkəti dünyada ən güclü superkompüter yaradacaq

"Hewlett Packard Enterprise" (HPE) şirkəti yüksək məhsuldarlıqlı hesablamaların inkişafı üzrə Avropa birgə müəssisəsi (EuroHPC) ilə dünyanın ən güclü superkompüterlərindən birinin yaradılması üçün 160 milyon dollarlıq saziş imzalayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Finlandiyada yerləşəcək "LUMI" adlı yeni superkompüter yeni nəsil "AMD EPYC" və "AMD Instinct" prosessorlu "HPE Cray EX" superkompüterlərindən istifadə edəcək və 550 petaflops nəzəri pik məhsuldarlığa çatacaq ki, bu da eyni anda 1,5 milyon noutbukun işləməsinə bərabərdir.

Məlumata görə, superkompüterin gücünün 10 Avropa ölkəsinə (Belçika, Danimarka, İslandiya, Norveç, Polşa, Finlandiya, Çexiya, İsveçrə, İsveç və Estoniya) təqdim edilməsi planlaşdırılır.

"2021-ci ilin ortalarında istismara verildikdən sonra "LUMI" superkompüteri dünyanın ən rəqabət qabiliyyətli və ən ekoloji superkompüterlərindən olacaq. Bu, sinfində ən yaxşı sistem Avropa tədqiqatçılarına, sənaye nümayəndələrinə və dövlət sektoruna mürəkkəb çağırışları daha yaxşı başa düşməyə və reaksiya verməyə kömək edərək onları səhiyyə, hava proqnozu, şəhər və kənd layihələndirilməsi kimi sahələrdə innovasiya imkanlarına çevirəcək", - "EuroHPC" müəssisəsinin icraçı direktoru Anders Dam Yensen bildirib.

Bundan başqa, "HPE" Avropada ekzaflops sinifli proqramların yaradılması üçün lazım olan mobil əlavə, proqram, prosessor və digər həllərin hazırlanması və test edilməsi üçün lazımi alətlərə və ekspertizaya malik olacaq təcrübə mərkəzi yaratmağı nəzərdə tutur.

 

Mənbə: news.milli.az