İşğalçıya cəhənnəm yaşadan Bayraktardan paylaşım: "Yeni mühərrik əlavə güc verəcək"

Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən “AKINCI” və “Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək.

Bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar “Twitter” sosial şəbəkə hesabından paylaşım edib.

Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə mühərrikinin sınağını nümayiş etdirən videomaterial əksini tapıb. S.Bayraktar yazır ki, sınaqdan böyük uğurla çıxan yerli mühərrik “AKINCI” və “Bayraktar TB3”ə əlavə güc verəcək.

 

 

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

İraqlı din xadimi ABŞ ilə bağlı xəbərdarlıq etdi

SONRAKI XƏBƏR

Tehranın hazırladığı sülh planı danışıqlarda əsas kimi qəbul edilə bilər?