Dünyada sadəcə 4 ölkədə var - Türkiyə hərəkətə keçdi

Dünyada sadəcə 4 ölkədə var - Türkiyə hərəkətə keçdi

Türkiyənin Prezident Administrasiyası Müdafiə Sənayesi Şöbəsi (SSB) ilə Türk Hava Yolları arasında Havadan Erkən Xəbərdarlıq və Nəzarət Sistemi Logistik Dəstək Xidməti Müqaviləsi imzalanıb.

Publika.az xəbər verir ki, Hərbi Hava Qüvvələri Komandanlığının arsenalında olan 4 ədəd Barış Qartalı HİK təyyarəsi üçün logistik xidməti əhatə edən layihədə alt yüklənici olaraq TUSAŞ, HAVELSAN və “Boeing” birgə çalışacaq.

Layihə çərçivəsində Konyanın 3-cü Əsas Reaktiv Bazasında yerləşən HİK Sisteminin istismarı üçün dəstəyə əlavə olaraq, təyyarənin anqar səviyyəsində qulluğu Esenboğa Hava limanında Türk Hava Yolları tərəfindən həyata keçiriləcək. TAİ və HAVELSAN-ın subpodratçı kimi xidmət göstərəcəkləri HİK Sisteminin inkişafı müddətindəki təcrübələrindən də bəhrələnəcək. Təyyarənin istehsalçısı “Boeing”dən məmulat təminat, sənədləşmə və texniki məsələlərdə dəstək alınacaq. Layihə ilə HİK Sistemi üçün lazım olan bütün logistik dəstək fasiləsiz olaraq təmin olunmağa davam edəcək.

Qeyd edək ki, təyyarələr Türkiyədən başqa sadəcə Avstraliya, Cənubi Koreya və İngiltərədə var.

Zümrüd

Mənbə: publika.az