Hakerlər Trampın seçki fondundan 2,3 milyon dollar oğurladı

Hakerlər Trampın seçki fondundan 2,3 milyon dollar oğurladı

ABŞ-lı hakerlərin Trampın seçki kampaniyası üçün istifadə etdiyi fonddan 2,3 milyon dollar oğurladıqları bildirilib.
Yeniavaz.com “Sputnik”ə istinadən xəbər verir ki, hakerlər sözügedən məbləği Viskonsin Respublikaçılar Partiyasının bank hesablarından oğurlayıb.
Viskonsin Respublika partiyasının başçısı Endryu Hitt, 22 oktyabrda şübhəli fəaliyyətlə qarşılaşdıqlarını və bununla bağlı Federal Təhqiqatlar Bürosuna (FTB) məlumat verdiklərini bildirib. Hitt, hazırda FTB tərəfindən məsələnin araşdırıldığını deyib.

Mənbə: www.yeniavaz.com