ABŞ-lı mütəxəssislər ikiqat pandemiya xəbərdarlığını verdi

ABŞ-lı mütəxəssislər ikiqat pandemiya xəbərdarlığını verdi

ABŞ-ın Kaliforniya ştatında bir nəfər eyni zamanda həm koronavirusa, həm də mövsümi qripə yoluxub.
Yeniavaz.com "DHA"ya istinadən xəbər verir ki, ABŞ-da tibb işçiləri insanların mövsümi qripə yoluxduqda immun sisteminin zəiflədiyini və bunun başqa xəstəliklərə yol açdığını bildirib. Ölkədə səhiyyə işçiləri insanları qrip əleyhinə peyvənd vurdurmaq üçün xəbərdarlıq edib.
Qeyd edək ki, mütəxəssislər eyni zamanda həm koronavirusa, həm də mövsümi qripə yoluxma ehtimalına 'twindemik" (ikiqat pandemiya) adını veriblər.

Mənbə: www.yeniavaz.com