4-cü kurs tələbəsi hərbi dron hazırladı: “Iti qovan”dronlarının hazırlanmasında da yaxından iştirak etmək istərdim”

4-cü kurs tələbəsi hərbi dron hazırladı: “Iti qovan”dronlarının hazırlanmasında da yaxından iştirak etmək istərdim”

Moderator.az-ın bu dəfəki müsahibi Texniki universitetin 4-cü kurs tələbəsi Ayxan Qurbanovdur. Özünü inkişaf etdirməyi qarşısına məqsəd qoyan bu gənci oxuduğu ali təhsil ocağında artıq ixtiraçı kimi tanıyırlar. Ayxan Qurbanovun hazırladığı elektrotexniki cihazlarla, startap layihələri ilə sizi daha yaxından tanış edəcəyik.

- Ayxan, istərdim özünü oxuculara təqdim edəsən.

- Mən Ayxan Qurbanov Texniki universitetin 4-cü kurs tələbəsiyəm. Hal-hazırda avtomatika və kompyuterliyi mühəndisliyi fakültəsində oxuyuram.

- Hansı layihə üzərində çalışmaqla başlamısan bu işə?

- Birinci kursda bizdə energetika fənni var idi. Mənə çox maraqlı gəlirdi, həvəslə öyrənirdim. Universitetin 1-ci mərtəbəsində gördüm ki, hansısa robototexnika akademiyasına labarant kimi tələbələr lazımdır. Məktəblilərlə oturub robotları yıqırdıq. Cürbəcür mexanizmlər idi. İlk dəfə hand cigersin yıqmışdıq, robotdur, kabelle qoşulu idi. Boksu firladanda enerji verilirdi robota.

- İstərdim dron hazırlamağından danışaq. İlk hansı dronu hazırlamısan?

- Rusiyanın Ulyanov şəhərində bir dron görmüşdüm, başladıq elə bir dron hazırlamaqa. Onu özüm işləməmişdim, təkcə batareyalarını mən işləmişdim. Gələndə isə balaca bir dron özüm yığdım, internetdən sifariş verdim. Hazır motor idi, sadəcə platasını yığmaq lazım idi.

- Neçə dron hazırlamısan?

- Bu günə qədər 4 dron hazırlamışam. 2-3 model de kağız üzərində var, hələ ki, reallaşdırmamışıq, çünki çox resurs lazımdır.

- 4 dron hazırlamısız. Bu dronların bir-birindən hansı fərqləri var?

- Əsas fərq alternativ enerji ilə işlətməkdir. Və elektromaqnit şüalarından enerjini yığmaq lazımdır. Üstünlükləri odur ki, onun korpusu xüsusi günəş panelindən düzəldilir. Misal üçün, korpusun üstü düzəldiləcək 3 d printerdə, hansı ki, günəşdən enerjini alıb batareyaya verir. Bundan başqa dronlar olacaq 8 pərli. Bizim bir proyektimiz var ki, ümumiyyətlə batareyasız işləyir. Enerjini xəttdən alır.

- Ayxan, hazırladığın dronları hansı sahədə istifadə etmək olar?

- Misal üçün kənd təsərrüfatıdırsa böyük dron lazımdır, qaldırıcı qüvvəsi olsun, 10 kiloya yaxın qaldırmalıdır. Belə bir proyektimiz var idi, fikirləşirdik ki, onu kənd təsərrüfatında istifadə etmək olar.

- Bu dronları hansısa sahədə sınaqdan keçirmisən?

 

- Bəzilərini hə, bəziləri isə hələki kaqızdadır. Onların yığılması çoxlu resurs, çox investisiya tələb edir. Hərbi dron da hazırlamışam. Həmin dron böyükdür, qaldırıcı qüvvəsi daha güclüdür.

- Hal-hazırda düşmənin hərbi texnikaları dronlar vasitəsilə məhv edilir. Artıq ölkəmizdə “İti qovan” adlı dron da hazırlanır. İstərdinmi sən də bu sahədə həmin insanlarla birgə çalışasan?

- “İti qovan” dronlarının hazırlanması məni və dostlarımı çox sevindirdi. Türkiyədə 13 yaşlı bir oğlan dron hazırlayıb. Hansı ki, o dron minaları axtarıb tapır. Bu cür texnikalar çox yayılsın deyə sırf klublar fəaliyyətə başlasa daha yaxşı olar. Təbii ki, ehtiyac olarsa mən və dostlarım da bu işdə yaxından iştirak etmək istərdik.

 

 

Mənbə: moderator.az