Rusiyanın "Barraj-1" pilotsuz stratosfer platforması söndürülmüş "Starlink" terminallarını əvəz etmək iqtidarındadır.
Bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Serhiy Beskrestnov ("Fleş" çağırış nömrəli) məlumat verib.
Onun sözlərinə görə, platformanın əsas funksiyası peyk rabitəsinə alternativ olaraq 5G mobil rabitəsini retranslyasiya etməkdir. "Barraj"ların işə salınması yerüstü qüllələrin tikilməsinin çətin olduğu geniş əraziləri yüksəksürətli internet və rabitə ilə təmin etməyə imkan verir.
Fevralın əvvəlində "SpaceX" xüsusi əməliyyat zonasında istifadə olunan "Starlink" peyk sistemi terminallarını bloklamağa başlayıb. Milyarder İlon Mask bildirib ki, şirkət Rusiya hərbçilərinin "Starlink"lərdən istifadəsinə qarşı "tədbirlər görüb".
İki həftə sonra isə ilk "Barraj"ın fəaliyyətə başladığı elan edilib. Platforma 100 kiloqrama qədər faydalı yükü 20 kilometr hündürlüyə daşımaq üçün nəzərdə tutulub.
Hüseyn İbadlı
Mənbə: publika.az