BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiqləndi

BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyası təsdiqləndi

“İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi - Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” təsdiqlənib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev müvaif Qanun imzalayıb.

Qanuna əsasən, 2025-ci il oktyabrın 25-də Hanoy şəhərində imzalanmış “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası” Azərbaycanın müvafiq bəyanatları və qeyd-şərtləri ilə təsdiq edilib.

Mənbə: qafqazinfo.az