Rusiyada "Telegram"ın bloklanacağı tarix müəyyənləşdi

Rusiyada "Telegram"ın bloklanacağı tarix müəyyənləşdi


Rusiya hakimiyyəti "Telegram" mesencerinin bloklanma vaxtını müəyyənləşdirib və bu tədbirin aprelin əvvəllərində tətbiq edilməsi imkanını nəzərdən keçirir.

Bu barədə mənbə RBC-yə məlumat verib.
Kremlə yaxın iki mənbə bunu qəti qərar adlandırır. Onlar bloklanmanın müzakirə edilən səbəbləri arasında qeyd ediblər ki, son vaxtlar insanların, o cümlədən yetkinlik yaşına çatmayanların qanunsuz əməllər törətmək üçün cəlb edilməsi halları sürətlənib.

Mənbə: www.bakupost.az