Kuba tamamilə qaranlığa qərq oldu - VİDEO

Kuba tamamilə qaranlığa qərq oldu - VİDEO

Kubada elektrik enerjisinin verilməsində tamamilə fasilə yaranıb.

Bu barədə dövlətə məxsus elektrik şirkəti bildirib.

Bəyanatda deyilir: "Milli elektrik şəbəkəsində tamamilə elektrik kəsintisi baş verib".

Şirkətin açıqlamasına görə, Kubada elektrik təchizatını bərpa etmək üçün artıq lazımi tədbirlər görülür. Lakin elektrik kəsintisinə səbəb olan amillər açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, 4 martda Kubada böyük elektrik kəsilməsi baş vermişdi. Havanada və ölkənin digər qərb bölgələrində milyonlarla sakin elektriksiz qalmışdı.

Həmin vaxt buna ölkənin ən böyük istilik elektrik stansiyalarından birində baş verən nasazlıq səbəb olmuşdu.

Tural

Mənbə: publika.az