NASA Aydakı hədəflərindən 2024-cü ilə qədər imtina etdi

NASA maliyyə problemlərinə görə, 2024-cü ilə qədər Artemis layihəsi çərçivəsində Aya astronavt göndərməyin mümkün olmayacağını bildirib.

Milli.Az ted.az-a istinadən bildirir ki, NASA rəhbəri Jim Bridenstine hələ ötən ilin sentyabrında Artemis layihəsi üçün 28 milyard dollar büdcə tələb olunduğunu elan etmişdi. Bunun 3,2 milyard dolları Aya ekspedisiya üçün istifadə ediləcəkdi. Buna baxmayaraq, ABŞ Senatı 3,2 milyard dollarlıq büdcənin 1 milyardını təsdiqlədiyi üçün Artemis layihəsi təhlükə ilə üzləşib.

Qeyd edək ki, mütəxəssislər bu layihənin 2028-ci ildə həyata keçirilmə ehtimalının yüksək olduğunu söyləyiblər.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Dünya şöhrətli fransalı məşhurlar erməni separatizminə açıq şəkildə dəstək ifadə edib - FOTO

SONRAKI XƏBƏR

Abşeronda ölümlə nəticələnən zəncirvari qəza baş verib