Alimlər koronavirusa qarşı immunitetin nə qədər müddət qaldığını açıqladılar

Alimlər koronavirusa qarşı immunitetin nə qədər müddət qaldığını açıqladılar

Koronavirusa yoluxub sonradan sağalan şəxslərdə immunitet səkkiz ay qala bilər.

“Financial Times” qəzetinin bildirdiyi kimi, bu barədə Avstraliya alimləri məlumat verib.

Qəzet yazır ki, tədqiqatçılar Covid-19-a yoluxmuş 25 nəfərdən qan nümunəsi götürüblər. Birinci testlər infeksiyaya tutulandan dörd gün, sonuncu testlər isə 242 gün sonra aparılıb. Bütün xəstələrdə koronavirusun tərkib hissələrindən birini “tanıyan” B-hüceyrələri aşkarlanıb.

Tədqiqatın nəticələri koronavirusa yoluxan milyonlarla insan arasında təkrar yoluxmanın niyə bu qədər az olduğunu izah edir. Xatırladaq ki, amerikalı alimlər koronavirusa qarşı immunitetin ən azı üç ay müddətində qaldığını iddia edirlər. İngilis tədqiqatçılar isə əksər hallarda bu müddətin altı ay təşkil etdiyini bildirirlər.

Mənbə: banker.az