Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

Gələn ilin əsas kibertəhlükələri açıqlanıb

"Kaspersky" şirkətinin "GReAT" Tədqiqat Mərkəzi 2021-ci ilin əsas kibertəhdidlərinin açıqlayıb.

"APA-Economics"in şirkətə istinadən verdiyi məlumata görə, siyahıda korporativ şəbəkə sızmaları, siyasi kibercasusluq, 5G hücumları və pandemiya mövzusuna dair kiberkampaniyalar daxildir.

Bundan əlavə, şirkət şəbəkə cihazlarına yönələn hücumların sayının artacağını gözləyir: qlobal məsafədən işləmə tendensiyası nəticəsində cinayətkarlar şəbəkə cihazlarında, məsələn, VPN şlüzlərindəki zəifliklərdən istifadə etməyə yönələcək və sosial mühəndislik metodlarından istifadə edərək istifadəçi məlumatlarını toplayacaq.

COVID-19-un gələn il insanların həyatına qlobal olaraq təsir edəcəyini nəzərə alaraq, daha mürəkkəb kiberkampaniyalar təşkil edənlər pandemiyadan mənfəət əldə etmək məqsədilə hədəf sistemlərinə sızmaları davam etdirəcəklər.

Mənbə: apa.az