Koronavirusa qarşı  peyvənd hazırlayan türk ailəsi milyarder oldu, amma…

Koronavirusa qarşı  peyvənd hazırlayan türk ailəsi milyarder oldu, amma…

Ancaq hər gün işə velosipedlə gedən alimlərin özləri üçün bunun əslində heç bir əhəmiyyəti yoxdur...

Almaniyadan yaşayan Uğur Şahin və Özlem Türeci cütlüyü könüllülər arasında xəstəliklərin qarşısını almaqda yüzdə 90-dan çox təsirli olan bir koronavirus peyvəndi hazırlayıblar.

Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.

Türkiyədən gələn mühacirlərin nəslindən olan Şahin və Türeci Alman klinikalarından birinin onkologiya şöbəsində işləyərkən tanış olublar. Uğur hələ uşaq ikən Türkiyədən Almaniyaya köçüb. Məktəbdən sonra həkim olmaq üçün təhsil aldıqdan sonra şiş hüceyrələrinin immunoterapiyası işi üçün universitetdə doktorluq dərəcəsini alıb.

Türk mühacir həkiminin qızı Özlem Türeci də immunoloq olub. Peşəkar maraqları üst-üstə düşdü və onkoloji xəstəliklərə qarşı mübarizə cütlüyü birləşdirib. 2001-ci ildə Türk immunoloqlar “Ganymed Pharmaceuticals” məhsulunu yaradıblar və xərçənglə mübarizə aparmaq üçün antikor inkişaf etdirməyə başlayıblar.

2016-cı ildə “Ganymed Pharmaceuticals”, Yaponiyanın “Astellas” şirkətinə 1,4 milyard dollara satılıb. 2008-ci ildə Uğur və Özlem “BioNTech”-in həmtəsisçiləri olublar. Orada xərçəng immunoterapiyası üçün daha geniş və çeşidli üsulları inkişaf etdirməyə qərar veriblər. Onkoloji ilə yanaşı, HİV və vərəmlə mübarizə proqramlarında da çalışıblar. Sonra “Bill və Melinda Geys” vəqfi şirkətə 55 milyon dollar sərmayə qoyub.

Bir neçə il əvvəl Berlində keçirilən bir konfransda Uğur şirkətinin hər hansı bir pandemiya vəziyyətində sürətli bir peyvənd hazırlaya biləcəyini bildirib. Artıq 2020-ci ilin yanvarında “BioNTech” rəhbəri Çində yeni yaranan virusla bağlı ilk xəbərləri oxuduqdan sonra peyvənd üzərində işə başlayıb.

Şahin 24 yanvar 2020-ci ildə onu narahat edən bir məqalə aldığını söyləyib. Məqalədə həm xəstəliyin ağır hallarını, həm də asemptomatik daşıyıcıları təsvir edilib. Uhanın yaxşı bir rabitə sisteminə və beynəlxalq hava limanına sahib bir metropol olduğunu öyrənən alim orada virusun sürətlə yayılmasına təəccüblənmədiyini söyləyib. Şahinin szölərinə görə, şirkətdəki həmkarlarını öz resurslarını koronavirusa qarşı bir peyvəndin yaradılmasına investisiya qoymağa razı salmaq bir neçə gün çəkib, çünki bəzi mütəxəssislər o vaxta qədər pandemiya ehtimalını rədd ediblər. Mart ayında Şahin bir peyvəndin daha sürətli hazırlanması üçün köməyə ehtiyacı olacağına qərar verib.

2018-ci ildən birlikdə qrip peyvəndi üzərində çalışdığı Amerikanın “Pfizer” şirkətinə müraciət edib. Aprel ayında “Pfizer” peyvənd inkişafına ilk 185 milyon dollar sərmayə qoyub və 563 milyon dollara qədər investisiya qoymağa hazır olduğunu bildirib. Alman mətbuatı Şahin və Tureçinin ixtiraları sayəsində milyarder olduqlarını və ən varlı Almanların ilk yüzlüyünə daxil olduğunu qeyd edir. Ancaq hər gün işə velosipedlə gedən alimlərin özləri üçün bunun əslində heç bir əhəmiyyəti yoxdur. "Mənim maşınım yoxdur. Mən təyyarə almağa hazırlaşmıram. Həyatımda dəyişən tək şey tibb sahəsində nəyinsə inkişafına təsir etmə fürsətinin ortaya çıxmasıdır ”-deyir Türk, müsəlman oğlu Şahin.

Sultan Laçın

Mənbə: moderator.az