Mobil rabitə operatorları 2025-ci ilədək sektorun inkişafına 1,1 trilyon dollar ayıracaq

Mobil rabitə operatorları 2025-ci ilədək sektorun inkişafına 1,1 trilyon dollar ayıracaq

Dünyanın mobil rabitə operatorlarının 2025-ci ilə qədər bu sektorun inkişafına yatıracağı sərmayənin ümumi həcmi 1,1 trilyon dollar təşkil edəcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə mobil operatorları təmsil edən GSMA assosiasiyasının prezidenti Con Hoffman Çində keçirilən ümumdünya internet konfransının açılışında məlumat verib.

"Dünyada fəaliyyət göstərən mobil rabitə operatorları 2025-ci ilə qədər sektorun inkişafına 1,1 trilyon dollar ayıracaq. Həmin vəsaitin 18 faizi 5G şəbəkələrinə yatırılacaq", - deyə Con Hoffman bildirib. Onun sözlərinə görə, Çin yaxın beş ildə ABŞ, Cənubi Koreya, Yaponiya və Avropadakı bəzi bazarlarla birgə 5G rabitəsi sahəsinə liderlik edəcək. Artıq 47 ölkədə 5G-nin həm mobil, həm də stasionar olmaqla 106 standart şəbəkəsi istifadəyə verilib. Hazırda bütün mobil rabitənin təxminən 7 faizi 5G vasitəsi ilə həyata keçirilir. Həmçinin bazarda 200-dən çox 5G texnologiya vasitəsi mövcuddur.

Milli.Az

Mənbə: news.milli.az