İran yeni tankını sınaqdan keçirir

İran yeni tankını sınaqdan keçirir

İranın yeni istehsalı olan "Kərrar" tankı son sınaqlardan sonra quru qoşunlarının istismarına veriləcək.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu İran ordusunun quru qoşunlarının komandanı, general Kiyamsər Heydəri bildirib. O qeyd edib ki, son sınaqdan sonra bu hərbi texnikanın kütləvi istehsalına başlanacaq və ordu müasir tanklarla yerli istehsal hesabına təmin ediləcək.

"Kərrar" tankı barədə məlumat ictimaiyyətə ilk dəfə 2017-ci ildə verilib. Həmin dövrdə İranın müdafiə naziri Hüseyn Dehqan bildirmişdi ki, yeni tank müasir texnologiyaya əsasən optik-elektron sistem, hədəfi vurmaq üçün lazer məsafəölçənlə təchiz olunub. Tank gecə vaxtı hərəkət edən və etməyən hədəfləri aşkarlamaq və məhv etmək imkanına malikdir.

Milli.Az

Mənbə: news.milli.az