Noutbukun “gəncliyinin” qorunma yolları açıqlanıb

Noutbukun “gəncliyinin” qorunma yolları açıqlanıb

Bir noutbukun, xüsusən də batareyasının işi müəyyən qaydalara riayət etməklə artırıla bilər.

“Sputnik”in məlumatına görə, bu barədə rusiyalı ekspert, “Mail.ru Hi-Tech” portalının rəhbəri Dmitri Ryabin deyib.

O bildirib ki, cihazın enerji istehlakı düzgün şəkildə konfiqurasiya edilməli və arxa planda hansı tətbiqlərin davamlı işlədiyi diqqətə alınmalıdır.

“Kompüterin batareyasının daha uzun müddət işləməsinə kömək etmək üçün şarj azaldıqda işə düşən “batareyaya qənaət” xüsusiyyətindən də istifadə etmək olar”, - deyə o əlavə edib.

Mütəxəssis noutbukun şarjının 20 faizdən aşağı düşməsinə imkan verməməyi tövsiyə edib.

“Eyni zamanda, batareyanı tam şarj vəziyyətinə gətirmək, hələ üstəlik onu bu vəziyyətdə şəbəkəyə qoşulu saxlamaq düzgün deyil”, - deyə Ryabin xəbərdarlıq edib.

O, noutbukda işləyərkən istilik şərtlərinə fikir verməyi tövsiyə edib.

“Mənfi 10 dərəcədən aşağı temperaturda işləmək batareyanın ömrünü azaldar. Həmçinin şaxtadan dərhal sonra kompüteri açmaq onun işləməsinə zərərdir”, - deyə Ryabinin izah edib.

O əlavə edib ki, həddindən artıq qızma və temperatur dəyişikliyi də batareyaya mənfi təsir göstərir.

“Orta dərəcədə sərin bir mühit noutbukdan istifadə və onu saxlamaq üçün idealdır”, - deyə mütəxəssis sözlərini yekunlaşdırıb.

Mənbə: www.oxu.az