Ford ən utilitar Ranger modelini təklif edir

Ford ən utilitar Ranger modelini təklif edir

Gələn ilin yanvar ayından başlayaraq ilk dəfə Ford şirkətinin avropalı müştəriləri Ranger modelinin ən utilitar modifikasiyasını – kabinli şassini sifariş edə biləcəklər. Bu şassinin əsasında, tikinti və meşə təsərrüfatlarında xidmət göstərəcək, həmçinin xilasetmə xidmətləri və ordu da daxil olmaqla demək olar ki, istənilən ixtisaslaşmış ofrouderi yaratmaq mümkündür.

Ford Ranger şassisi yük platformasından qaldırıcıya və xüsusi avadanlıqların daşınması üçün qutulara qədər istənilən avadanlığı quraşdırmağa imkan verir. Şirkət, konversiyanı müstəqil olaraq və ya 13 ölkədə yerləşən 160 sertifikatlaşdırılmış mərkəzdən biri (Qualified Vehicle Modifier adlandırılan) vasitəsilə həyata keçirməyi təklif edir. Bu mərkəzlərdə müştərinin texniki tapşırığına uyğun olaraq avtomobili yenidən təchiz etmək, üstəlik zavod zəmanətini qorumaq olar.

Ford Ranger şassisinin icazə verilən maksimum çəkisi 3270 kiloqramdır. Kabin arxasındakı qurulacaq avadanlığın maksimum uzunluğu 2518 millimetrdir. Model 170 at qüvvəsi və 420 Nm fırlanma anı hasil edən 2.0-litrlik EcoBlue dizel mühərriki və azaldıcı pillələri olan tam ötürmə sistemi ilə təchiz edilir.

Avtomobilin klirensi və qət etdiyi çay keçinin dərinliyi müvafiq olaraq 237 və 800 millimetrdir. Ranger 3.5 tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər. Əlavə olaraq, şassiyə yüksək tutumlu akkumulyator quraşdırıla bilər ki, bu da əlavə işıqlandırma cihazlarını standart naqillərə bağlamaq imkanı verir.

Mənbə: banker.az