“PayPal”ın rəhbəri işçilərini “hibrid” qrafikə keçirməyi planlaşdırır

“PayPal” işçilərinin çoxu növbəli olaraq həm evdə, həm ofisdə işləyəcək.

Banker.az xəbər verir ki, bu barədə şirkətin rəhbəri Den Şulman məlumat verib. Xatırladaq ki, 2019-cu ilin sonunda şirkətin 23 200 nəfər işçisi olub, onların təxminən yarısı ABŞ-da çalışıb.

“Düşünmürəm ki, nə vaxtsa əvvəlki rejimə qayıdacağıq”, – Den söyləyib. Onun sözlərinə görə, işçilərin böyük hissəsi ofislərə 2021-ci ilin payızında qayıdacaq. Və hər şey koronavirus əleyhinə peyvəndin yaradılmasından, o cümlədən bütün ölkələr üçün nə zaman əlçatan olacağından asılıdır.

Xatırladaq ki, 2020-ci ilin oktyabrında “Microsoft” şirkəti əvvəlki iş rejiminə bir daha qayıtmayacağını açıqlamışdı. Ondan fərqli olaraq, “Netflix” işçilərini ofislərə qaytarmağı planlaşdırır. Belə ki, şirkətin rəhbəri Rid Hastinqsin sözlərinə görə, distant iş rejimi gözlənilən nəticələr verməyib.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Qafqaz ermənilərinə bir neçə söz…

SONRAKI XƏBƏR

Koronavirusun sirri aşkarlandı: Dadbilmə və iybilmə niyə itir?