“WhatsApp”a 3 yeni funksiya gəlir

“WhatsApp”a 3 yeni funksiya gəlir

Qlobal mesajlaşma xidməti olan “WhatsApp” 3 yeni funsiya istifadəyə verəcək.

Axeber.az-ın məlumatına görə, funksiyalardan biri kontaktınızda hər istifadəçi üçün xüsusi divar kağızı tətbiq etməyə imkan verəcək. Başqa bir yenilik isə video paylaşımlarla bağlıdır. Belə ki, istifadəçilər artıq videoları səssiz formada göndərə biləcəklər.

Əlavə olunacaq daha bir funksiyaya görə isə "arxiv" bölməsi “daha sonra oxu” adı altında fəaliyyət göstərəcək.

Mənbə: axeber.az