Mükəmməl ideya axtarmayın – yaxşı problem axtarın

Həyatınızı kökündən dəyişdirmək və radikal olaraq yeni bir şey yaratmaq üçün özünüzü tamamilə yeni olan rolda sınamalısınız.

Hər hansı bir böyük ixtiranın ürəyi həmişə ideyadır. Ərzaqların qısa zamanda dondurulması konsepsiyasının yaradıcısı Klarens Berdsay bütün qida sənayesində inqilab etdi. Çarlz Şvabın sabit uçot dərəcəsi fikri investisiya mənzərəsini əbədi dəyişdirdi. Stiv Cobsun özündə min mahnı saxlaya bilən cib cihazını yaratması “Apple” şirkətini canlandırdı.

Biz möhtəşəm fikirləri və onların haradan qaynaqlandığını bir-biri ilə səhv salmamalıyıq. Həqiqətən faydalı olan ideyalar havadan və ya beyin fırtınasından əmələ gəlmir. Ən yaxşı fikirlər adətən vacib problemləri həll etməyin yolları kimi ortaya çıxır və nə olursa olsun, göyə “qalxır”.

Yəni, əgər həqiqətən innovativ bir şey yaratmaq istəyirsinizsə, ideyalar deyil, mövcud problemlər üzərində işləyin.

Yeniyetmənin xəyalı

Albert Eynşteyn yeniyetmə ikən ildırım çapmağın necə bir şey olduğunu təsəvvür etməyi çox sevirdi. Necə baxırsan bax, bu bir uşaqlıq xəyalı idi. Eynşteyn ideyasını o qədər ciddiliyə aldı ki, onun ilk məşhur təcrübəsi məhz bu oldu.

O böyüyürdü və yavaş-yavaş fizikanın əsaslarını öyrənməyə başlayırdı. Maksvellin tənliklərinə çatanda, Eynşteyn işıq sürətinin sabit olduğunu öyrəndi. Lakin eyni zamanda o müəyyən etdi ki, Nyuton qanunlarına əsasən əgər bir oğlan işıq sürətində hərəkət edərsə, işıq şüası işıq sürətindən iki qat tez hərəkət edəcək.

Əslində nə birinci, nə də ikinci fikir həqiqətə uyğun gəlmir. Ya işığın sürəti nisbi, zaman və məkan isə mütləq olmalıdır; ya da əksinə. İndi bildiyimiz kimi, Eynşteyn işığın sürətinin mütləq olduğunu, zaman və məkanın isə nisbi olduğunu sübut etdi. Başqa sözlə desək, qarış qarışdır, dəqiqə də dəqiqədir.

Bu inanılmaz görünür, çünki bizə və bugünkü təcrübəmizə çox yaddır, amma bunu sübut etmək asandır. Sadəcə avtomobilinizə minin, naviqatorunuzu açın və təlimatları izləyin. GPS peykləri Eynşteynin tənlikləri əsasında qurulub, buna görə də əgər getmək istədiyiniz yerə çatmısınızsa, müəyyən mənada nisbilik nəzəriyyəsini sübut etmiş olursunuz.

Eynşteynin dahiliyi problemləri başqalarının görmədiyi yerdə görməkdən ibarət idi.

Yeni dövr, yeni sınaqlar

Hər dövrün özünəməxsus problemləri var. Son 20 və ya 30 ildir ki, keçən əsrin 506-0cı illərində ixtira olunmuş mikroçiplər və elektron ticarət kimi texnologiyaların tətbiqi ilə məşğul olmuşuq. Məhz buna görə də köhnə paradiqmaların çoxu artıq köhnəlir: proqram təminatı verilənlər bazarının yenilənməsini tələb edir, İnternet isə inanılmaz dərəcədə təhlükəli və etibarsızdır.

Müasir kompüterlərlə istifadə olunan texnologiyalardan potensial olaraq daha güclü olan kvant hesablamaları götürək. Bu cür kompüterlərin genişmiqyaslı və ictimaiyyətə açıq versiyası 5-10 ildən sonra satışa çıxsa da, tibb və maliyyə sahələrində test edilir.

Bu həm də həll edilməsi lazım olan çox sayda problem yaradacaq. Məsələn, mövcud şifrləmə sistemlərini köhnələcək və beləliklə şirkətlər yeni təhlükəsizlik sistemlərinə investisiya qoymalı olacaqlar. Kvant kompüterlərinin işləmə prinsipi klassik sistemlərdən köklü şəkildə fərqlənir, buna görə də yeni kompüter dilləri və protokolların hazırlanmasına ehtiyac yaranacaq.

Və bu yalnız bir nümunədir. “Gartner” şirkətinin “texnologiyanın yetkinlik dövrü”nə nəzər yetirin və növbəti on ildə həyatınıza təsir edəcək onlarla yenilik kəşf edin. Onların hər biri yeni problemlər ortaya çıxaracaq və bu, yeni biznesin inkişafı üçün gözəl fürsət olacaq.

Yeni problemlərin müəyyənləşdirilməsi

Gələcəyə ehtiyatla baxan hər kəs çaşqın qala bilər. Bu gün yeniyetmələr belə veb-saytlar və mobil proqramlar yaratmağı bacarır, yüksək ixtisaslı mütəxəssislər isə genomika, nanotexnologiyalar və robototexnika kimi müasir texnologiyaların mənimsənilməsində çətinlik çəkirlər. Bu, iş adamlarının qarşısına yeni sual qoyur: əgər gələcəyi proqnozlaşdırmaq mümkün deyilsə, planlaşdırmanı necə edək?

Cavab sadədir: heç necə, hətta cəhd etməyə belə dəyməz. Texnologiyalar çox sürətlə və eyni anda bir neçə istiqamətdə inkişaf edir, buna görə gələcəyi proqnozlaşdıra biləcəyini düşünənlər sadəcə özlərini aldadırlar.

Həqiqət bundandır ki, tədqiq etmək və öyrənmək proqnoz verməkdən daha vacibdir.

Strateji planlaşdırmanı innovativ planlaşdırma əvəz edir

20-ci əsrin menecmenti əksər hallarda strateji planlaşdırma sənəti idi. Bazarlar, rəqiblər və digər tendensiyalar haqqında məlumatlar toplanırdı, sonra isə planlaşdırma prosesinə başlanırdı. Strategiya şahmat oyununa bənzəyirdi: hər addım oyun səhnəsindəki dəyişikliklərə uyğun atılırdı.

Lakin bu gün texnologiya dövrləri planlaşdırma dövrlərindən daha sürətli hərəkət edir, buna görə də Bayesian yanaşmasına riayət etmək lazımdır. Yalnız doğru addımları etməyə çalışmaq əvəzinə, sadəcə daha az səhvə yol verməyə çalışmalısınız. Bu o deməkdir ki, fərqli planlaşdırmalıyıq.

Bildiyimiz şeylərə əsaslanan strateji planlaşdırma ilə yanaşı, yeni və vacib problemləri həll etmək üçün öyrənməli olduğunuz şeylərə əsaslanan yenilikçi planlaşdırma aparmaq lazımdır.

Berdsay, Şvab və Cobsun ideyalarını möhtəşəm edən budur. Onlar insanları narahat edən problemləri həll etdilər. Əgər ixtira etmək istəyirsinizsə, möhtəşəm ideya axtarmayın. Problem axtarın.

Banker.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya BQXK-nin Dağlıq Qarabağdakı fəaliyyətinə 2 milyon avro ayırıb

SONRAKI XƏBƏR

Erməni zabitlərdən şok etiraf: Kəlbəcər tələ idi…