"Süd yolu” qalaktikası öz peyki ilə toqquşması nəticəsində formasını dəyişməyə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu, Böyük Magellan Bulududur. Bu barədə Edinburq Universitetinin alimləri məlumat əldə edib.
Qalaktika indi öz sputnikinin cazibəsi altında uzanır və bükülür. "Süd yolu” qalaktikasının ən böyük peyk qalaktikası olan Böyük Magellan Buludu indi bizdən 163.000 işıq ili uzaqlıqdadır. Çəkisi "Süd yolu” qalaktikasından on qat azdır.
Astronomlara görə, təxminən 700 milyon il əvvəl Böyük Magellan Buludu "Süd yolu” qalaktikasının içindən keçib. Hazırda isə Böyük Magellan Buludu "Süd yolu” qalaktikasından uzaqlaşır. Bununla birlikdə, "Nature Astronomy” jurnalında yayımlanan elmi bir məqalədə deyildiyi kimi, deformasiyanın dayanması üçün hələ kifayət qədər uzaqlaşmayıb.
Mənbə: qaynarinfo.az