Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır

Bakı. Sədrəddin Ağcayev - Trend:

Son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühitin yaxşılaşması üzrə layihələr reallaşdırılır.

Bunu Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Mənbənin sözlərinə görə, 2018-ci ilədək Azərbaycanda yalnız startaplar dəstəklənirdi, son illərdə isə prioritet istiqamətlərdə dəyişikliklər baş verib. Buraya investisiyalar və ekosistem iştirakçılarının dövlət dəstəyi, inkubasiya və akselerasiya mərkəzləri daxildir. Bu isə özünü ilk növbədə prosesin zənginləşməsində göstərir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində innovativ inkişafa və ekosistemə dəstək məqsədilə İnnovasiyalar Agentliyinin yaradılması institusional islahatdır:

“Bu il İnnovasiyalar Agentliyi startapların təsnifatı üzrə layihə işə salıb. Təsnifatlandırma startap layihənin ideyadan təkmil biznesədək inkişafının müəyyənləşdirilməsini nəzərdə tutur. İstənilən startapın təsisçisi agentliyin saytında təsnifatlandırmanı keçə bilər. Öz növbəsində, İnnovasiyalar Agentliyi layihənin gələcək inkişafı üçün səmərəli alətlər təqdim edə bilər”.

Nazirlikdən bildiriblər ki, qrant, kredit və investisiyaların verilməsi ilə bağlı normativ-hüquqi aktları nəzərdən keçirməyə hazırdırlar. Bu aktlar təsdiq olunduqdan sonra ümumilikdə ekosistemdə artım baş verəcək və bizim startaplarımız beynəlxalq bazara çıxa biləcək:

“Startapçılara güzəştlər “Startap” sertifikatının verilməsi barədə normativ-hüquqi aktların qəbul edilməsindən sonra ediləcək. Sertifikat almış startaplar 3 il müddətinə vergidən azad ediləcək. Bu isə startapların məhsuldarlığına müsbət təsir göstərəcək”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Xəstə yatağında olan xalq artisti 30 ildir görmədiyi “qızı” ilə video görüntü vasitəsilə danışdı - VİDEO

SONRAKI XƏBƏR

Səsi oğurlanan fransız senatorla SENSASİON MÜSAHİBƏ - İnanılmaz DETALLAR ÜZƏ ÇIXDI (ÖZƏL)