Foxconn şirkəti “Apple”ın xahişi ilə “iPad” planşetlərinin və “MacBook” noutbuklarının istehsalının bir hissəsini Çindən Vyetnama köçürür.
“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bununla “Apple” korporasiyası Çin-ABŞ ticarət müharibəsinin təsirlərini minimuma endirmək üçün istehsalı diversifikasiya etməyə can atır.
Qeyd edilir ki, Foxconn Vyetnamın Şimal-Şərqində yerləşən zavodunda artıq yeni yığım xətləri tikməyə başlayıb. İstehsala isə gələn ilin birinci yarısında başlanacaq.