Microsoft-un problemli smartfonu Avropada satışa çıxarılacaq

Microsoft-un problemli smartfonu Avropada satışa çıxarılacaq

Cihaz artıq Yaponiya, İngiltərə və Kanadada sertifikatlaşdırılıb.

Microsoft şirkəti bu yaxınlarda iki displeyi və Android əməliyyat sistemi olan Surface Duo smartfonunu istehsal edib. Sözügedən cihazın adapter konnektoru ətrafındakı çərçivə tez-tez sıradan çıxmağa başlayıb. Eyni zamanda, məlumat ötürülməsi zamanı zəif siqnal və yüksək gecikmə müşahidə olunub.

Milli.Az ted.az-a istinadən bildirir ki, cihaz ABŞ-da satışa çıxarıldıqdan qısa müddət sonra şirkət digər bölgələrdə onun yayılmasını dayandırıb.

İndi Microsoft şirkəti gözlənilməz qərar verib. Surface Duo gələn ilin əvvəlində Avropa bazarında satışa çıxarılacaq.

Eyni zamanda, cihazın Yaponiya, Böyük Britaniya və Kanadada da sertifikatlaşdırmadan keçməsi diqqət çəkir.

Son məlumatlara görə, Redmond nəhəngi Surface Duo-nun 2021-ci ilin əvvəlində istifadəyə verilməsi üçün İngiltərədəki mobil daşıyıcılarla danışıqlar aparılır.

Smartfon haqqında:

Smartfonu alan istifadəçilər hər biri 5.6 düym ölçüdə olan iki ekran əldə edirlər. Hər panelin genişlənməsi 1800x1350 piksel, ümumi genişlənmə isə 2700x1800 pikseldir. Smartfon təkçipli Snapdragon 855 sistemi əsasında qurulub. Batareya tutumu 3566 mAh.

Kamera genişlənməsi 11 meqapikseldir. Smartfon "stylus" dəstəyi alıb, lakin NFC və 5G dəstəyi yoxdur.

Qeyd edək ki, cihazın tədricən populyarlıq qazanan çevik ekranlı smartfonlarla rəqabət edə biləcəyinə inanmaq çətindir.

Milli.Az

Mənbə: news.milli.az