“Facebook” 2021-ci ilin əvvəlində “Libra” kriptovalyutasını işə salacaq

“Facebook” 2021-ci ilin əvvəlində “Libra” kriptovalyutasını işə salacaq

“Facebook” şirkəti 2021-ci ilin yanvar ayında öz kriptovalyutasını işə salmağı planlaşdırır.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Financial Times” ın verdiyi məlumata görə, “Libra”nın dəqiq emissiya tarixi İsveçrə maliyyə tənzimləyicisi ilə təsdiqlənmə vaxtından asılı olacaq.

Bildirildiyi kimi, işə salma məhdud formatda baş tutacaq: daha əvvəllər şirkət bir neçə növ kriptovalyuta, eləcə də “rəqəmsal səbət” buraxmağı planlaşdırırdı, lakin indi dollarla dəstəklənəcək yalnız bir kriptovalyuta buraxmağı düşünür.

Xatırladaq ki, 2019-cu ilin iyun ayında “Facebook” öz kriptovalyutasını buraxmağı planlaşdırdığını açıqlayıb. Yeni kriptovalyuta blokçeyn texnologiyası əsasında işləyəcək. ABŞ rəsmiləri valyutanın etibarlılığı ilə bağlı narahatlıqlarını bildirdilər, G7 ölkələrinin maliyyə nazirləri isə “Libra”nın beynəlxalq valyuta sisteminin işinə mənfi təsir göstərə biləcəyi xəbərdarlığını etdilər. Daha sonra “Visa”, “Mastercard”, “PayPal” və “Ebay” da daxil olmaqla bir çox şirkət “Facebook”un bu layihəsini tərk etdiyini açıqladı.

Mənbə: banker.az