“Spotify”ın işində problem var

“Spotify”ın işində problem var

Bir sıra ölkələrdə “Spotify” musiqi dinləmə platformasının fəaliyyətində problemlər yaranıb.

“Finans.az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə populyar internet resurslarının işini izləyən "Downdetector" servisinin məlumatında deyilir.

Şikayətçilərin 81%-i onlayn musiqi dinləyən zaman, daha 14%-i isə sayta girşlə bağlı problem yaşayır.

Sosial şəbəkənin işindən ən çox Belçika, Böyük Britaniya, İtaliya, Polşa, Portuqaliyadan olan istifadəçilər şikayətlənirlər.

Mənbə: finans.az