“SpaceX”in astronavtı dünyanı kosmosdan görüntülədi - VİDEO

“SpaceX”in astronavtı dünyanı kosmosdan görüntülədi - VİDEO

Elon Maska məxsus “SpaceX”in istehsal etdiyi “Crew Dragon” kapsulu sınaq missiyasına başlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, “Crew Dragon” kapsulu ilə Beynəlxalq Kosmik Stansiyasına gedən astronavt Viktor Qlover, dünyanı kosmosdan videoya çəkib. Astronavt tərəfindən sosial şəbəkədə paylaşılan həmin videogörüntü minlərlə insanın marağına səbəb olub.
Qeyd edək ki, bu yaxınlarda “Crew Dragon” kapsulu ilə NASA-dan Maykl Hopkins, Viktor Qlover və Şannon Ualker və Yaponiya Aerokosmik Tədqiqat Agentliyindən Soiçi Naquçi, “Crew Dragon” kapsulu ilə kosmik stansiyaya göndəriliblər. Astronavtların 6 ay kosmosda qalacaqları bildirilib.

Mənbə: www.yeniavaz.com