Rusiyanın "Prometey"i nə vaxt hazır olacaq?

Rusiyanın "Prometey"i nə vaxt hazır olacaq?

Ruiyanın "Prometey"adı verdiyi S-500 zenit raket sistemi (ZRS) tam hazır olması 2021-ci ildə tamamlanacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Hərbi-Kosmik Qüvvələrinin Baş Komandanının müavini Andrey Yudin "Krasnaya zvezda"ya danışıb.

Məlumatda bildirilir ki, 2019-cu ilin iyununda Rusiya sənaye ticarəti naziri Denis Manturov bəyan etmişdi ki, S-500 "Prometey" kütləvi istehsala hazırdır.

Qeyd edək ki, S-500 "Prometey"600 km radiusda dağıdıcı gücə malikdir. Həmçinin 7 km/san sürətlə hərəkət edən 10-a yaxın ballistik hədəfləri məhv etmək qabiliyyətindədir.

Sevinc Tapdıqqızı
 

Mənbə: cebhe.info