Dərman firması peyvəndinin dozasında SƏHVƏ YOL VERİB

Dərman firması peyvəndinin dozasında SƏHVƏ YOL VERİB

"AstraZeneca" dərman firması COVID-19 əleyhinə hazırladığı peyvəndin dozasında səhvə yol verdiklərini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Oksford Universiteti ilə birgə davam etdirilən proses zamanı "AstraZeneca" dərman firmasının tədqiqat üzrə rəhbəri Menelas Pangalos bildirib ki, dozadakı yanlışlıq bir işçi tərəfindən edilib Bu hal aşkarlanan kimi dərhal lazımi yerlərə xəbər göndərilib, peyvəndin fərqli dozalarda test edilməyə davam etdiriləcəyi barədə də müqavilə imzalanıb.

Qeyd edək ki, bir çox alim bu firmanın açıqladığı statistikanın əskik olduğunu, peyvənddən istifadə edildiyi zaman bir çox xətanın olduğunu və buna görə də firmanın müştəri güvənini sarsıtdığını deyiblər.

Şəfəq Samed

Mənbə: redaktor.az