Britaniyada nəhəng texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıldı

Britaniyada nəhəng texnoloji şirkətlərin nizamlanması üçün əlavə dövlət orqanı yaradıldı

Böyük Britaniya hökuməti Apple, Google, Amazon və Facebook kimi böyük texnoloji şirkətlərin nizamlanması üçün yeni agentlik yaradıb.

Lent.az xəbər verir ki, artıq mövcud olan rəqabət və bazarlar üzrə idarəetmənin (CMA) yeni yaradılmış rəqəmsal bazarlar ilə iş üzrə şöbəsi (DMU) 2021-ci ilin aprel ayından başlayaraq xüsusi kodeksin hazırlanmasına başlayacaq.

Həmin kodeks böyük texnoloji şirkətlərə qarşı yeni məhdudlaşdırmalar təyin edəcək və kiçik texnoloji şirkətlər üçün daha yaxşı şəraitlər yaradacaq.

Hazırlanacaq yeni kodeks həmçinin istehlakçılara öz məlumatları üzərində daha çox idarəetməni təqdim edəcək və digər platformalardan istifadə çətinliklərini yaradan məhdudlaşdırıcı halları aradan qaldıracaq. Bunun sayəsində istifadəçilər müəyyən edə biləcəklər ki, onlara personal reklamlar təklif olunsun yoxsa yox. Hazırlanacaq kodeksə riayət edilməsinin təmin olunması üçün DMU böyük texnoloji şirkətlər tərəfindən qəbul edilən qərarları ləğv etmək və ya bloklamaq hüququna sahib olacaq. Bundan əlavə olaraq kodeksə riayət etməyəcək şirkətlərə qarşı maddi cərimələr də təyin ediləcək. / "technote"

Mənbə: lent.az