İlon Mask sürətlə varlanır: bu gün 4 milyard dollardan çox qazanıb

İlon Mask sürətlə varlanır: bu gün 4 milyard dollardan çox qazanıb

Texnologiya sahəsində uğurları sıralayan İlon Mask sərvətini də çox artırıb. Amerikalı iş adamı sürətlə varlanır.

Bizimyol.info xəbər verir ki, İlon Mask sərvətinin həcmini 140 milyard dollara çatdırıb. O, təkcə noyabrın 27-də 4.23 milyard dollar əldə edib. Ümumiyyətlə, Mask var-dövlətinin böyük hissəsini 2020-ci ildə qazanıb.

“Bloomberg” milyarderin il ərzində hətta 112 milyard dollar əldə etdiyini bildirir.

İndi Maskı dünyanın ən zəngin insanından 47 milyard dollar ayırır. Ceff Bezos bir dəfə 200 həddini keçməyi bacarsa da, indi 187 milyard dollarla zirvədədir.

İlk 10-luqda yer alan qalan milyarderlər bunlardır: Bill Qeyts – 129 (milyard dollar), Bernar Arno – 105, Mark Zukkerberq – 104, Uorren Baffet – 88.3, Larri Peyc – 82.8, Sergey Brin – 80.2, Stiv Ballmer – 77.4, Mukeş Ambani 74.4.

Mənbə: www.bizimyol.info