Peşə təhsili üzrə "Dərs vaxtı" proqramının cədvəli AÇIQLANDI

Peşə təhsili üzrə "Dərs vaxtı" proqramının cədvəli AÇIQLANDI

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “ARB Günəş” kanalında yayımlanan “Dərs vaxtı” proqramı noyabrın 27-nə olan cədvələ uyğun yayımlanıb.

Publika.az xəbər verir ki, proqramda avtomatika üzrə usta, kompüter operatoru, dizayner, turizm təşkilatçısı, avtomobillərin təmiri çilingəri, avtomobil sürücüsü, heyvandarlıq mütəxəssisi, üzüm və şərab ixtisasları üzrə dərslər təqdim olunub.

Peşə təhsili üzrə “Dərs vaxtı”nı ekran qarşısında izləyə bilməyənlər dərsləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi “YouTube” (https://bit.ly/2WYaWU9) kanalı ilə yanaşı, “Facebook” (https://bit.ly/34erIjf) səhifəsindən, eyni zamanda, Təhsil Nazirliyinin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Mənbə: publika.az