Həkim koronavirusa qarşı yeni şlem hazırladı - Ventilyatoru var

Həkim koronavirusa qarşı yeni şlem hazırladı - Ventilyatoru var

Sankt-Peterburqda 2 saylı şəhər xəstəxanasında reanimatoloq kimi çalışan Vladislav Spiridinov həkimləri qırmızı zonada virusdan qorumaq üçün yeni unikal maska icad edib.

Milli.Az xəbər verir ju, təhlükəli zonada həkimləri uzun müddət virusdan qoruyan şlemin içində ventilyator var.

Uzun müddət özü qırmızı zonada çalışan həkim görüb ki, həkimlərin istifadə etdiyi maska ilə qorunmaq mümkün olmayacaq.

Respirator maskalarda hava çatışmır, eynəklər tərləyir, bu da əməliyyatda mane olurdu.

Həkim öz mühəndis dostlarına xüsusi gormada şlemli maska hazırlamağı tapşırır. 7 ay çəkən işdən sonra yeni şlem hazır olur.

700 qram çəkidə olan şlem xüsusu membranlı parçadan hazırlanıb. O kənardan havanı içəri buraxmır, əksinə içəridən havanı çölə ötürür. Ona görə eynəklər tərləmir. Şlem boyundan başlayaraq bütün üzü tutur.

Şlemdə kiçik mühərrik quraşdırılıb, o 8-9 saat işləyir. Hava 3 qat filtrdən keçir.
Bu filtr 99 faiz virusdan qoruyur.

Maskanın daxilində ağciyərlər üçün müsbət təzyiq yaranır. Həkim rahat nəfəs alır, bütün növbə boyu özünü yaxşı hiss edir.

Bu şlemdə fonendoskop üçün xüsusi çıxış giriş yeri də qoyulub ki, həkim hər dəfə onu qulağına taxanda maskanı çıxarmasın.

Artıq yeni cihaz xəstəxanada təcrübə olunur. Rəylər müsbətdir. Əgər 90%təcrübədə defektsiz olsa, istehsalata buraxılacaq.

Bir şlemin qiyməti 30 min rubl olacaq. Şlem birdəfəlik deyil, ancaq filtrləri dəyişmək lazımdır. /medicina.az

Milli.Az

Mənbə: news.milli.az