Dünya miqyasında kompüter satışları artıb

Dünya miqyasında kompüter satışları artıb

2020-ci ilin sonunadək EMEA bölgəsindəki (Avropa, Yaxın Şərq və Afrika) ənənəvi kompüter satışları 82,1 milyon ədədə çatacaq. Bu, keçən ildəki göstəricidən 12,7% çoxdur.

Milli.Az ted.az-a istinadən bildirir ki, bu haqda IDC analitik şirkətinin mütəxəssisləri məlumat yayıblar.

Analitiklər hesab edirlər ki, satışların artması pandemiya ilə əlaqədar qoyulmuş məhdudiyyətlərə görə məsafədə iş rejiminə keçiddir.

Məhdudiyyətlər qüvvədə qaldıqda, kompüterlərə olan tələbatın 2021-ci ilin birinci yarısında da güclü olacağı gözlənilir.

Cari rübdə Qərbi Avropanın istehlakçı kompüter bazarının artımı illik ifadədə 28% olaraq qiymətləndirilir. Bu, keçən ilin eyni dövrünə görə rekord artım göstərən üçüncü ardıcıl rübdür. Bazarın forma faktorlarına görə paylanmasını nəzərə alsaq, normal noutbuklar üçün 30.9%, ultra incə üçün 38.5%, konvertasiya üçün 6.9%, adi masaüstü kompüterlərin payı 19.9%, hamısı bir arada olan kompüterlərin payı isə 3.8%-dir.

Mənbə: news.milli.az