Koronavirusa qarşı yeni peyvənd 90 faizdən çox effektlidir - AÇIQLAMA

ABŞ-ın Pfizer dərman şirkəti və Almaniyanın BioNTech biotexnologiya şirkəti tərəfindən koronavirusa qarşı hazırlanan peyvənd namizədinin 90 faizdən çox təsirli olduğu məlum olub.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bu barədə şirkətlərin son açıqlamasında bəyan olunub. Bildirilib ki, COVID-19-a qarşı BNT162b1 adlı peyvənd namizədi virusa qarşı 90 faizdən çox effektlidir. Bu, sonuncu-üçüncü mərhələdə aparılan sınaqlardan sonra bəlli olub. Peyvənd namizədi 6 ölkədə 43 min 538 nəfər üzərində sınaqdan keçirilib və qeyd olunub ki, indiyədək ciddi bir narahatlıq qeydə alınmayıb.

Açıqlamada bu ayın sonunda peyvəndin təcili təsdiqi üçün ABŞ Qida və Dərman İdarəsinə (FDA) müraciət ediləcəyi də bildirilib.

Onlar 2020-ci ilin sonuna qədər 100 milyon, 2021-ci ilin sonuna qədər təxminən 1,3 milyard peyvənd istehsal etməyi planlaşdırır.

Qeyd edək ki, istehsalçılar bu peyvəndlə bağlı ABŞ, Avropa İttifaqı, İngiltərə, Kanada, Yaponiya ilə müqavilə imzlayıb.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Tanınmış vəkil vəfat etdi

SONRAKI XƏBƏR

Azərbaycanın bədii gimnastika üzrə gənclər komandasının Avropa çempionatındakı çıxışının nəticələri məlum olub