BMW xüsusi seriyadan olan X2 modelini təqdim edib - FOTO

BMW xüsusi seriyadan olan X2 modelini təqdim edib - FOTO

BMW şirkəti xüsusi X2 M Mesh Edition seriyasını təqdim edib. Xüsusi seriyadan olan krossoverlər standart modeldən eksteryer dizaynı, narıncı və ya qara stikerləri,həmçinin disklərindəki işləmələri ilə fərqlənir.

Milli.Az autograph.az-a istinadən bildirir ki, BMW şirkətindən X2 M Mesh Edition modelini idman görünüşünə və parlaq dizayn elementlərinə görə "şəhər üsyançısı" adlandırıb. Xüsusi seriyadan olan modelin əsasını M Sport X versiyası təşkil edir. Krossover torşəkilli quruluşlu olan parlaq qara rəngli radiator barmaqlığına, ön bamperin, kapotun, qapıların və təkər disklərin üzərindəki parlaq haşiyəsini əldə edib.

Narıncı stikerlər boz və qara metal rənglərdə, qara stikerlərin ağ, mavi və narıncı rənglərdə avtomobillər üçün nəzərdə tutulub. Modelin təchizatına 19 və ya 20 düymlük təkər diskləri, loqonun asfalta proyeksiyası və LED faralar daxildir. Adaptiv matrisa fənərlər əlavə ödənişlə sifariş etmək olar.

İkirəngli tərtibata malik salonda ön M-oturacaqları, Dakota dərisi və alkantara ilə üzlənmiş arxa divan quraşdırılıb. Avtomobilin xüsusi seriyadan olduğunu qapı kandarlarındakı Edition yazısı bildirir. Pedallar, sükan və identifikatorlu açar BMW M kataloqundan götürülübdür.

Yeni krossoverlərin qlobal satışlarına noyabr ayında başlanacaqdır. Ümumilikdə, "üsyankar" X2 modeli üçün altı variantda güc qurğusu təklif ediləcəkdir: 150, 190 və 231 at qüvvəli üç dizel mühərrik, 136 və 178 at qüvvəli iki benzin mühərriki. Yeganə hibrid modifikasiyası olan BMW X2 xDrive25e modelinin güc qurğusunun hasilatı 220 at qüvvəsi təşkil edir.

Milli.Az

Mənbə: news.milli.az