Sabah bu ilin 4-cü Ay tutulması baş verəcək

Bu ilin 4-cü Ay tutulması 30 noyabr 2020-ci ildə baş verəcək.

Bu 2020-ci ilin axırıncı Yarımkölgəli Ay tutulmasaıdır. Tutulma hadisəsi saat 11:32-də başlayacaq və saat 15:53-də sona çatacaq. Tutulmanın maksimumu saat 13:44-də olacaq. Tutulma hadisəsi Şimali və cənubi Amerikada, Avstraliyada və Asiyanın bəzi bölgələrində müşahidə olunacaq. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Uşaq "Avroviziya"sının qalibi bəlli oldu - VİDEO

SONRAKI XƏBƏR

Gimnastlarımızın nəticələri açıqlandı