"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib

"Moderna" şirkəti ABŞ-da COVID-19 peyvəndinin istifadəsi üçün sorğu göndərib

Bakı. Trend:

ABŞ-ın "Moderna" şirkəti ölkənin Sanitar Nəzarət İdarəsinə (FDA) COVID-19 koronavirus peyvəndinin təcili istifadəsina dair icazə almaq üçün sorğu göndərdiyini açıqladı.

Trend-in məlumatına görə, bu barədə "Moderna" şirkəti öz "Twitter" səhifəsində yazıb.

Şirkətdən bildirilib: "mRNA-1273 dərmanın təcili istifadəsinə dair icazəbi almaq üçün toplanan məlumatlar FDA-ya göndərilib".

Məlumata əsasən, 17 dekabrda baş tutan iclasda "Moderna"dan göndərilən sorğu müzakirə ediləcək.

Mənbə: az.trend.az