İtaliyanın antimonopoliya xidməti “Apple” şirkətini 10 mln. avro cərimə edib

İtaliyanın antimonopoliya xidməti “Apple” şirkətini 10 mln. avro cərimə edib

İtaliyanın antimonopoliya xidməti “Apple” şirkətini “təcavüzkar və yanıldıcı” kommersiya təcrübəsinə görə 10 milyon avro (12 milyon dollar) cərimələyib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Tənzimləyicinin açıqlamasında deyilir ki, şirkət bəzi iPhone modellərinin sukeçirməz olduğunu reklam edir və bunun yalnız müəyyən şərtlərdə mümkün olduğunu gizlədir.

Əlavə olaraq bildirilir ki, “Apple” telefonlarına maye keçdiyi təqdirdə zəmanət verilmədiyini açıqlamır və bu, müştəriləri aldadır.

Mənbə: banker.az