VKontakte vəfat etmiş istifadəçiləri qeyd etməyə başladı

VKontakte sosial şəbəkəsində yeni bir funksiya ortaya çıxıb. Artıq vəfat etmiş şəbəkə istifadəçilərinə məxsus səhifələr dərhal adi profillərdən fərqlənəcək.

Milli.Az ted.az-a istinadən bildirir ki, proqramçıların verdiyi məlumata görə, vəfat etmiş istifadəçilərin sosial şəbəkə səhifələrinə xüsusi bir bölmə əlavə edilib.

İndi VKontakte-yə son səfərinin tarixi və saatı əvəzinə istifadəçilər profillərində "Ölən şəxsin səhifəsi" yazısını görəcəklər.

İstifadəçinin vəfatı barədə yaxınları dəstək xidməti ilə əlaqə saxlayaraq ölüm şəhadətnaməsinin fotosunu təqdim edə bilərlər. Yaxınlarının istəyi ilə həmin şəxsin səhifəsi silinə və ya xatirə olaraq buraxıla bilər.

Milli.Az

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Süni qidalanma nədir?

SONRAKI XƏBƏR

Kəlbəcər və Laçının azad edilməsi Ordumuzun sayəsində mümkün oldu - Şərh