Məşhur “Aresibo” Rəsədxanası sökülür

Məşhur “Aresibo” Rəsədxanası sökülür

Avqust ayından bəri qəzalı vəziyyətdə olan Puerto Rikonun Rəsədxanasının nəhəng “Aresibo” radioteleskopu çərşənbə axşamı çöküb.

APA Reuters-ə istinadən xəbər verir ki, 1000 fut enində (305 metr) döşəmənin üzərində inşa edilmiş “Aresibo” teleskopunun 450 fut (137 metr) hündürlükdə kabellərlə asılmış 900 tonluq platforması sıradan çıxaraq çöküb.

57 illik astronomik kəşflərə imza atan teleskop dünyanın müxtəlif yerlərində yaşayan alimlər tərəfindən uzaq planetləri tədqiq etmək, potensial təhlükəli asteroidləri tapmaq və zərərsizləşdirmək üçün istifadə edilib.

Avqust ayından teleskopu dəstəkləyən iki kabelin qırılması səbəbindən ölkə rəsmiləri rəsədxananı bağlamağa məcbur olub. Mütəxəssislər noyabr ayında strukturu təmir etmək üçün səylərin çox təhlükəli olacağına görə onu sökmək qərarına gəliblər.

Xatırladaq ki “Aresibo” radioteleskopu siqnal qəbul etməkdən əlavə, uzaq kosmosa radiosiqnalların ötürmə funksiyasına da malikdir. Məhz bu teleskop vasitəsi ilə 1974-cü ildə uzaq kosmosdan yeganə naməlum radiosiqnal qəbul edilib.

Mənbə: lent.az