“WhatsApp” messencerdə YENİ FUNKSİYA

“WhatsApp” messencerdə YENİ FUNKSİYA

"WhatsApp" messencerinin yeni versiyasında stikerlər üzrə axtarış və çatın arxa fonunu dəyişdirmək imkanı əlçatan olub. Yenilik haqqında xidmətin rəsmi "YouTube" kanalında məlumat verilib.

Olaylar.az xarici mediyaya istinadən bildirir ki, indi istifadəçi qrup və şəxsi çatlar üçün fon təsvirini tənzimləyə bilər. Həmçinin istifadəçi arxa fona öz şəklini quraşdıra bilər.

"WhatsApp"ın yeni versiyasında stikerlər üzrə axtarış funksiyası istifadəyə verilib. Həmçinin populyar stikerlər kateqoriyasına baxmaq olar. Bundan əvvəl lazımi stikeri uzun siyahıdan axtarmaq lazım idi.

 

Mənbə: olaylar.az