"Keçi südü COVID-19-a qarşı təsirli ola bilər" -Türkiyəli alimlər

Keçi südünün tərkibində koronavirusa qarşı effektiv təsir edən maddələr ola bilər.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə türk alimlər araşdırma aparır. Keçi südündə olan zülal maddələri koronavirusa qarşı qoruyucuya çevrilə bilər.

Alimlərin sözünə görə, keçi südündəki zülalın tərkibində bioaktiv hissəciklər insanın ağ ciyərlərində olan enzimləri tutaraq virusun ciyərə daxil olmasını əngəlləyə bilər. Bu barədə türk alimlərin elmi məqalə Avropanın nüfuzlu jurnallarında da dərc olunub. Araşdırmalar davam edir.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Tayland kütləvi turizmdən imtina etmək niyyətindədir

SONRAKI XƏBƏR

İşğaldan azad edilmiş ərazilərdə hücuma məruz qalan arıçılarla bağlı açıqlama