Koronavirus bu tarixdə sıradan çıxacaq - Bill Qeyts açıqladı

Koronavirus bu tarixdə sıradan çıxacaq - Bill Qeyts açıqladı

"Microsoft" korporasiyasının rəhbəri, milyarder Bill Qeyts yeni növ koronavirus pandemiyasına qarşı vaksin və müalicə üsulları sayəsində ABŞ-ın 2021-ci ilin yazında normal həyata qayıda biləcəyini deyib.

Teleqraf.com-un məlumatına görə, milyarder NBC kanalına deyib ki, pandemiya gələcək 4-5 ay ərzində çox amansız olacaq.

Bill Qeyts vaksin istehsalının bahar aylarında artacağını və müsbət dəyişiklik yaranacağını qeyd edib.

Qeyts insanları epidemiya qaydalarına əməl etməsinin vacibliyini bir daha vurğulayıb.

Mənbə: teleqraf.com