Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər

Qarabağ Azərbaycanın və Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilə bilər

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycanda iqtisadi, sosial və ictimai proseslərin rəqəmsal formatda inkişafı üçün böyük potensial var.

Bunu Trend-ə " The Prime Consulting & Management " şirkətinin eksperti İlqar Əliyev deyib.

Onun sözlərinə görə, "Elektron hökumət" dövlət layihəsi çərçivəsində qısa müddət ərzində pandemiya ilə əlaqədar müvafiq platforma, sosial tapşırıqların yerinə yetirilməsi üçün xüsusi portallar yaradılıb. Dövlət orqanlarının əhali ilə əməkdaşlığının bütün prosesləri onlayn formatda icra olunub və bu tendensiya bu gün də inkişaf edir:

"Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev xalq müraciətlərində azad edilmiş ərazilərdə inkişaf planlarından danışıb. Buna görə də biz öz planlarımızı təkrar nəzərdən keçirdik".

Ekspert qyd edib ki, azad edilmiş ərazilərdə başlıca inkişaf sahəsi İKT sektoru, eləcə də yeni İT infrastrukturunun tikintisi olacaq:

"Yeni infrastruktur etibarlı və dayanıqlı olmalıdır. Bu infrastruktur iqtisadi sahələr, səhiyyə və tədris nazirlikləri, turizm və digər sektorlar üçün baza rolunu oynamlıdır. Azad edilmiş ərazilərimizdə İT infrastrukturunun güclü təhlükəsizik sistemi reallaşdırılmalıdır. Etibarlı İT infrastrukturu xarici investisiyaların cəlb olunması üçün vasitədir. Qarabağ Azərbaycanın və ümumilikdə Cənubi Qafqazın aparıcı İT mərkəzinə çevrilmək üçün bütün imkanlara malikdir".

Mənbə: az.trend.az