“ClickUp” xidməti 1 mlrd. dollar qiymətləndirmə ilə 100 mln. dollar cəlb edib

“ClickUp” xidməti 1 mlrd. dollar qiymətləndirmə ilə 100 mln. dollar cəlb edib

Komanda işi üçün nəzərdə tutulan “ClickUp” xidməti 1 milyard dollar qiymətləndirmə ilə 100 milyon dollar cəlb edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Xatırladaq ki, 2020-ci ildə keçirilən son maliyyə raundunda şirkətin dəyəri “bir neçə milyon dollar” olub.

Bildirildiyi kimi, investorlar arasında Kanadanın “Georgian” vençur firması və “Craft Ventures” var, razılaşmanın digər təfərrüatları hələ açıqlanmayıb.

2017-ci ildə qurulan bu xidmət komanda işi üçün proqram təminatını inkişaf etdirir. Bu, “məhsuldarlığın artırılması üçün vahid platformadır”, hansıki özündə sənədlər, tapşırıqlar meneceri, hesabatların tərtib edilməsi və digər funksiyaları birləşdirir.

Layihənin veb-saytında onun “todolist”, “Trello”, “Asana”, “Airtable”, “Notion”, 2Slack” və digər populyar xidmətləri əvəz edə biləcəyi deyilir. Eyni zamanda “Gmail”, “Outlook”, “Google Clanedar” və digər xidmətlərlə inteqrasiya mövcuddur.

2020-ci il startap üçün xüsusilə uğurlu olub, çünki koronavirus pandemiyası fonunda müəssisələrin əksəriyyəti distant iş rejiminə keçib və komanda işini idarə edən texnologiyalara tələbat xeyli artıb. Hal-hazırda “ClickUp”ın 200-dən çox işçisi olsa da, startap yaxın bir neçə ayda onların sayını iki dəfə artırmağı planlaşdırır.

Qeyd edək ki, “ClickUp” xidmətinin pulsuz və pullu versiyaları (aylıq abunə 9 dollar, illik abunə 5 dollar) var. Mənbələrin verdiyi məlumata görə, startapa “Airbnb”, “Nike” və “Uber” daxil olmaqla 100 mindən çox komanda daxildir.

“TechCrunch” yüksək qiymətləndirmənin investorların 2020-ci ildə distant iş rejimi şəraitində məhsuldarlığı artıran proqram inkişafetdiricilərinə daha böyük maraq göstərdiklərini bildirir. İndiyədək “ClickUp” 2020-ci ilin iyunundakı 35 milyon dollar daxil olmaqla 137,5 milyon dollar cəlb edib.

Mənbə: banker.az