Tesla dizayner axtarır - Nə az, nə çox, 20 illik təcrübə tələb olunur

Elektromobil istehsalında qabaqcıl rol oynayan Tesla çinli müştərilər üçün elektrikli nəqliyyat vasitələri dizayn etməyi düşünür. Bu məqsədlə Şanxay və ya Pekində müəssisə açmağı planlaşdırır. Bundan əlavə, şirkət açacağı studiyaya rəhbərlik etmək üçün təcrübəli dizaynerlər axtarır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Teslanın insan resursları şöbəsi artıq 4 aydır, bu istiqamətdə araşdırma aparır. Dizaynerlər üçün əsas şərt isə 20 illik və daha çox təcrübəyə sahib olmalarıdır.

Bəzi mənbələrə görə, dizayn direktoru işə götürüldükdən sonra 20 nəfərlik yeni heyət də gətiriləcək.

Görünən odur ki, Çində böyük bir müəssisə quran və yüz minlərlə elektromobil satan Tesla bu ölkədə fəaliyyətini genişləndirməyə hazırlaşır.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Rəşad Sadıqov: "Məni yetişdirən adam köməkçim ola bilməz"

SONRAKI XƏBƏR

Azərbaycanın müharibədəki uğuru Britaniyaya ordunun inkişafı üçün nəyə yatırım etmək lazım olduğunu göstərdi - UK Defense Journal