Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı "İnstagram" üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb

Bakı şəhəri "Instagram" sosial şəbəkəsində paylaşmaq üçün 50 ən cəlbedici şəhər sırasında yer alıb.

Trend-in məlumatına görə, siyahı "The Big 7 Travel" agentliyi tərəfindən tərtib edilib.

Qeyd olunub ki, Azərbaycanın paytaxtında şəklini çəkib "Instagram"da paylaşmaq üçün uyğun olan məkanların sayı həddən artıq çoxdur:

"Ultramüasir Heydər Əliyev Mərkəzindən tutmuş, 12-ci əsrə mənsub İçərişəhərədək Bakı "İnstagram" hesabınızda yerləşdirə biləcəyiniz məkanlarla zəngindir".

"The Big 7 Travel"in tərtib etdiyi siyahıda birinci yerdə Yaponiyanın paytaxtı Tokio qərarlaşıb.

Mənbə: az.trend.az