Koronavirusu məhv edən yeni üsul təhlükəli ola bilər

Koronavirusun məhv edilməsi üçün Rusiya və Özbəkistan alimiləri tərəfindən kəşf edilən yeni yol təhlükəlidir. Bunu tibb elmləri doktoru, viroloq Anatoli Altşteyn söyləyib. Onun sözlərinə görə, KOVID-19-u radiasiya ilə müalicə edərkən xəstənin özünə zərər vermək olar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, sAltşteyn virusu öldürə bilən radiasiya dozasının insanlar üçün yüksək ola biləcəyi barədə xəbərdar edir. Bununla belə o, səthi təmizləmək üçün radiasiyanın istifadəsini məqbul hesab edir. Mütəxəssisin fikrincə, bu dezinfeksiya üçün yaxşı bir yoldur.

Qeyd edək ki, bundan əvvəl Rusiya və Özbəkistandan olan alimlər, aşağı dozada radiasiyanın insana zərər vermədən virus mutasiyaları daxil olmaqla, koronavirus infeksiyasını məhv edə biləcəyini bildirmişdi.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

“Paşinyan heç nə itirməyən qorxaq baş nazirdir” - Manukyan

SONRAKI XƏBƏR

Yəhudilərin evlərinə “qanlı” xaçlar  çəkildi... - Londonda